Həştərxanda səfərdə olan prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlərin iki ölkə arasında olan əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.