Prezident İlham Əliyev indoneziyalı həmkarına məktub yazıb. Lent.az-ın məlumatına görə, prezident İndoneziya Respublikasının prezidenti Susilo Bambanq Yudhoyonoya məktubda onları müstəqillik günü münasibəti ilə təbrik edib.
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Bundan başqa prezident İlham Əliyev Qabon Respublikasının prezidenti Ali Bonqo Ondimbanı da milli bayramları münasibəti ilə təbrik edib.
“Hörmətli cənab Prezident,
Qabon Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm”.
.