İlham Əliyevdən İndoneziya prezidentinə <span style="color:red;">BAŞSAĞLIĞI
07 dekabr 2016 16:36 (UTC +04:00)

İlham Əliyevdən İndoneziya prezidentinə BAŞSAĞLIĞI

Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, İndoneziyanın Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar