Prezident İlham Əliyev Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident həmçinin Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirilib, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.