"İkili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir"
14 may 2015 19:21 (UTC +04:00)

"İkili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir"

Prezident İlham Əliyev bu gün Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Karin Ştrents xatirə hədiyyəsini dövlət başçısına təqdim edib. 

 

Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edən prezident İlham Əliyev Almaniyaya səfərini və orada keçirdiyi səmərəli görüşləri məmnunluqla xatırladı.

 

Karin Ştrents Azərbaycanın bu il tarixi bir hadisənin - birinci Avropa Oyunlarının təşkilatçısı olmasının əhəmiyyətini vurğulayaraq ölkəsinin bu yarışları yaxından izləmək arzusunda olduğunu deyib. Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirilməsinin zəruriliyini vurğulayan xanım Karin Ştrents ikili standartların olmamasına, ədalətli mövqenin olması üçün çalışacaqlarını bildiib: "İkili standartlar bizi də narahat edir". 

Dövlət başçısı birinci Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe nümayiş etdirilməsinin Olimpiya Oyunlarının ruhuna və nizamnaməsinə uyğun olmadığını təəssüflə qeyd edib. Prezident İlham Əliyev bütün dövlətlərə eyni cür yanaşmanın vacibliyinə toxunaraq bildirib ki, ikili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının xüsusi rolu qeyd olunub, ölkəmizin təşəbbüsü ilə reallaşan iri enerji layihələrinin önəmi vurğulanıb, TANAP və TAP layihələrinin perspektivindən danışılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar