Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.