İctimai Palata prezident seçkilərinə gedir
19 dekabr 2012 19:26 (UTC +04:00)

İctimai Palata prezident seçkilərinə gedir

0

 

Toplantıda quruma aid məsələlər və ölkə gündəmindəki bir sıra mövzular müzakirə olunub.

 

APA-nın məlumatına görə, İP KŞ-nin dönəm sədri Rauf Arifoğlu bildirib ki, qərarların icrası vəziyyəti barədə İP KŞ üzvü Vidadi Mirkamal məlumat verib.

 

Əsas mövzu bir müddət öncə qəbul olunmuş “Seçki memorandumu”nun imzalanmasının və təqdimatının hansı səbəbdən gecikdirilməsi olub. İP KŞ məlumatları dinləyərək, mövzu ətrafında aparılan bundan əvvəlki müzakirələri nəzərə alaraq, qərar qəbul edib: “Koordinasiya Şurası müstəqil hüquqşünasların və seçki mütəxəssislərinin seçki islahatları ilə bağlı hazırladığı sənədi bəyəndiyini bir daha ifadə edib. İP KŞ bu sənədin seçkilərin demokratik keçirilməsində maraqlı olan bütün partiya və təşkilatlar tərəfindən imzalamasının mümkün qədər sürətləndirilməsini məqsədəuyğun hesab edir”.

 

Daha sonra qurumun prezident seçkilərinə və İP daxili islahatlar paketinə dair ötən iclaslardan başlayan müzakirələri davam etdirilib. Konsensus axtarışları üçün təqdim olunan təkliflər bir daha nəzərdən keçirilib, yeni təkliflər müzakirə edilib. Yekunda konsensusa gəlmək mümkün olub. İctimai Palatanın Koordinasiya Şurası 2013-cü il prezident seçkilərində iştirakla bağlı qərar verib. Qərara alınıb ki, İP KŞ-yə növbəti seçkilər islahatların aparılmasından sonra keçirilsin, qərar İP-in növbəti sessiyasına təqdim olunsun. İctimai Palatanın sessiyası isə yanvarın 5-nə təyin olunub.

 

İP KŞ Müsavat Partiyasının fəal üzvü Nigar Yaqubluya ağır cəza verilməsi məsələsinə etiraz bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar