Prezident İlham Əliyev Hicran Kamran qızı Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən,
H.K. Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, H.Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir.