Heydər Əliyev Kiyevdə anılıb
13 dekabr 2012 13:38 (UTC +04:00)

Heydər Əliyev Kiyevdə anılıb

0

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə  tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasiminə qatılan Azərbaycan səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri və diaspor fəalları Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçək dəstələri qoyublar.

Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, H.Əliyevin istər keçmiş sovet dönəmində, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasındakı tarixi xidmətlərindən danışıb.

Anım mərasimində Azərbaycanın Ukraynadakı Ağsaqqallar Şurasının sədri Firudin Məmmədov bildirib ki, Heydər Əliyevin xalqa olan sevgisi onu xalqın qəlbində daim yaşadır və yaşadacaq.

Dünya azərbaycanlılarının milli dövlətçilik məfkurəsi ətrafında birləşməsində Heydər Əliyev şəxsiyyətinin əvəzolunmaz rolundan danışan Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bu gün beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin də Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib və bu əlaqələrin Ukraynada yaşayan həmvətənlərimiz tərəfindən qorunub saxlanması, inkişaf etdirilməsi sahəsində aparılan işlərdən danışıb.

Mərasimdə çıxış edən gənclər, tələbələr və digər diaspor fəalları Heydər Əliyevin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 928

Oxşar yazılar