Həsən Zeynalov baş konsul vəzifəsindən geri çağırıldı - <span style="color:red;">YENİLƏNİB
25 noyabr 2015 19:30 (UTC +04:00)

Həsən Zeynalov baş konsul vəzifəsindən geri çağırıldı - YENİLƏNİB

Prezident İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istindən məlumatına görə, sərəncama əsasən, Həsən Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. 

 

Prezident digər sərəncamla Rəşad Eynəddin oğlu Məmmədovu Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar