Hesablama Palatasına əlavə səlahiyyət verilməsi təklif olundu
18 aprel 2014 13:47 (UTC +04:00)

Hesablama Palatasına əlavə səlahiyyət verilməsi təklif olundu

Azərbaycan Milli Məclisində Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub. Lent.az-ın məlumatına görə, bu təkliflə iqtisadçı deputat Vahid Əhmədov çıxış edib.

 

Deputat Hesablama Palatasının aşkar etdiyi qanuna zidd əməlləri törədənlərin bəzi dövlət qurumlarında cəzalandırmadığının vacibliyini bildirib. Onun sözlərinə görə, Palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib.

 

O qeyd edib ki, Palata tərəfindən aşkar olunan korrupsiya faktları ilə bağlı ibtidai istintaqın aparılması üçün səlahiyyət verilməsini tələb edib və bunun Palatanın fəaliyyəti üçün məhsuldar olacağını bildirib.

 

Palataya səlahiyyətlərin verilməsi üçün eyni təkliflə deputat Zahid Oruc da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Mübariz Aslanov

Oxşar yazılar