ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayır.
APA-nın məlumatına görə, vasitəçilər bu gecə Azərbaycana gələcəklər.
Onların Bakıda rəsmi görüşləri olacaq.
Həmsədrlər Ermənistan və Dağlıq Qarabağa da səfər edəcəklər.