Həmsədrlərdən Azərbaycan və Ermənistana növbəti çağırış
27 sentyabr 2015 01:44 (UTC +04:00)

Həmsədrlərdən Azərbaycan və Ermənistana növbəti çağırış

ATƏT-in Misnk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Endryu (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizm qəbul etməyə çağırıblar. APA-nın məlumatına görə, bu barədə ATƏT-in mətbuat xidmətinin məlumatında bildirilir.

 

 

Məlumatda qeyd olunur ki, həmsədrlər sentyabrın 24-də Ermənistan XİN rəhbəri Edvard Nalbandyan, sentyabrın 25-də - Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, daha sonra isə hər iki nazirlə birgə görüş keçiriblər.  Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.   

 

Görüşlərdə danışıqların bərpa olunması və tərəflər arasında etimadın artırılması üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin azaldılmasının vacibliyi qeyd olunub.  

 

Nazirlər Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin sonuna planlaşdırılmış görüşün keçirilməsi  istiqamətində həmsədrlərlə hazırlıq işlərini davam etdirməyə razılığa gəliblər.

 

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizm qəbul etməyə çağırıblar: “Belə bir mexanizm olmasa tərəflər təmas xəttində baş verənlərdə biri-birini günahlandırmaqda davam edəcəklər”.

 

Həmsədrlər tərəflərin ölüm hallarına səbəb olmuş artilleriyadan istifadə edilməsini pisləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar