Qırğızıstan prezidenti, Serbiya baş naziri və Nizami Gəncəvi Mərkəzinin həmsədrləri başsağlığı verib
21 may 2015 17:14 (UTC +04:00)

Qırğızıstan prezidenti, Serbiya baş naziri və Nizami Gəncəvi Mərkəzinin həmsədrləri başsağlığı verib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvləri Bakıda baş vermiş yanğınla bağlı başsağlığı veriblər.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, başsağlığı məktubunda deyilir:

 Zati-aliləri,

Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər bizi son dərəcə sarsıtdı.

Sizin kədərinizi bölüşür və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından Sizə, həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Həmsədrlər:

Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa (1999-2007)

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin

İdarə heyətinin üzvləri:

Bolqarıstanın Prezidenti Petar Stoyanov (1997-2002)

Rumıniyanın Prezidenti Emil Konstantinesku (1996-2000)

Serbiyanın prezidenti Boris Tadiç (2004-2012)

Ukraynanın prezidenti Viktor Yuşşenko (2005-2010)

 

Bundan başqa,  Qırğız Respublikasının prezidenti Almazbek Atambayev, Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin də  Bakı şəhərində baş vermiş və insan tələfatı ilə nəticələnmiş faciə ilə əlaqədar prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188

Oxşar yazılar