ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonu regiona gəlməyi planlaşdırırlar.
Bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O, səfərin dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, həmsədrlər Azərbaycanla yanaşı, Ermənistan və işğal altındakı Dağlıq Qarabağa da səfər edəcəklər.