Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərinin yekun hesabatla bağlı yenidən Bakıya səfəri planlaşdırılır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, martın 17-də açıqlanmalı olan hesabatın yubanma səbəbləri birbaşa bildirilməsə də, Azərbaycana yenidən səfər planlaşdırılır: "Hazırda qurumda işlər gedir və məruzənin qəbulu ilə bağlı müzakirələr aparılır".
Qeyd edək ki, AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski martın 2-də Azərbaycanda səfərdə olublar.