Gürcüstanın baş naziri Azərbaycana gələcək
19 dekabr 2012 01:19 (UTC +04:00)

Gürcüstanın baş naziri Azərbaycana gələcək

“Bu yaxınlarda Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Baş nazirin Azərbaycana və bu ölkədə yaşayan azərbaycanlılara çox böyük hörməti var.”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın Daxili İşlər Naziri İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, baş nazir Gürcüstan və Azərbaycan arasında əsas prioritet kimi dostluğun, mehriban qonşuluğun, siyasi-iqtisadi, ticarət və  mədəni əlaqələrin inkişafındakı münasibətlərin daha sıx olmasında görür. “Biz bütün sahələrdə tərəfdaş olmalıyıq.” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar