Dilqəm və Şahbazın "apelyasiya məhkəməsi" başladı - YENİLƏNİB
26 fevral 2015 13:34 (UTC +04:00)

Dilqəm və Şahbazın "apelyasiya məhkəməsi" başladı - YENİLƏNİB

 

Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu apelyasiya “məhkəmə”sinin qərarı martın 10-da açıqlanacaq.

 

APA-nın məlumatına görə, apelyasiya şikayəti üzrə “iclas” bu gün keçirilib. Azərbaycanlı girovlar və onlar üçün təyin olunmuş “vəkillər” şikayətlərini təqdim ediblər.

 

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

 

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

 

 

***

10:54

Xankəndidə azərbaycanlı girovlar – Dilqəm Əhmədovla Şahbaz Quliyevin qondarma apelyasiya məhkəməsi keçirilir.

Lent.az-ın news.am-a istinadən məlumatına görə, “məhkəmə” prosesinə Nayora Qriqoryan sədrlik edir.

“Məhkəmə”də həmçinin qondarma rejim tərəfindən Dilgəm Əsgərova və Şahbaz Quliyevə vəkillik edən Erik Beqlayan və Arkadi İsraelyan iştirak edirlər. 

Xatırladaq ki, ermənilərin təşkil etdiyi qondarma məhkəmə Kəlbəcərdə girov düşən Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar