Füzuli rayonuna 2 milyon manat ayrıldı
17 dekabr 2012 19:04 (UTC +04:00)

Füzuli rayonuna 2 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar