Fransa senetanında Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçirilib
23 fevral 2015 13:53 (UTC +04:00)

Fransa senetanında Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçirilib

Fevralın 19-da Fransa Senatında “Dağlıq Qarabağ münaqişəsi: əsas çağırışlar və Qafqazda təhlükəsizlik və sabitlik üçün faciəvi nəticələr” mövzusunda konfrans keçirilib.

Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik və “Azərbaycanın Dostları” Fransız Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbir Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunub.

 

Tədbirdə çıxış edən Senatın Fransa-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andre Reyşar bu münaqişənin tək region üçün deyil, ümumilikdə Avropada təhlükəsizliyə təhdid olduğunu bildirib. O, danışıqlar prosesində irəliləyişin olmamasından təəssüflənərək Qafqazda sülhün və təhlükəsizliyin bərpası üçün yeganə yolun münaqişələrin beynəlxalq norma və prinsiplərə uyğun şəkildə sülh yolu ilə həlli olduğunu söyləyib.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin səbəb və nəticələri barədə danışıb, Azərbaycan torpaqlarının ¼ hissəsinin işğalının davam etdirildiyini vurğulayıb və Ermənistanın işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirdiyini bəyan edib. Diplomat 23 il bundan əvvəl Xocalı şəhərində törədilən faciəyə toxunaraq bu hadisəyə və Ermənistan tərəfindən törədilən digər hərbi cinayətlərə dünya ictimaiyyəti tərəfindən siyasi və hüquqi qiymətin verilməsinin vacibliyini diqqətə çatdırıb.  

 

Tədbirdə Tələbə Gənclər Təşkilatı Şurasının sədri Şahin İsmayılov, Laçından məcburi köçkün düşmüş Sabinə Əsədova fransalı tarixçi Maksim Qoen, politoloq Pyer Konesa da çıxış edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar