Fransa prezidenti Azərbaycana gələcək
02 aprel 2015 20:30 (UTC +04:00)

Fransa prezidenti Azərbaycana gələcək

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib.

 

Səfirin sözlərinə görə, Fransua Ollandın səfəri bu il ərzində baş tutacaq: "Fransa prezidentinin səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Səfərin dəqiq vaxtı müəyyən deyil, amma səfərlə bağlı hazırlıq aparılır".

 

P. Mönyenin sözlərinə görə, Fransa prezidenti Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır və hər iki ölkənin prezidentləri ilə görüş keçirib  təkliflərini müzakirə etmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar