Ermənistanın işğalçılıq siyasəti ümumbəşəri təhdid kimi göstərildi
19 dekabr 2012 13:51 (UTC +04:00)

Ermənistanın işğalçılıq siyasəti ümumbəşəri təhdid kimi göstərildi

0

““Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekununda imzalanacaq Bakı Platforması dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət şəbəkənin yaradılmasını nəzərdə tutur”.

 

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov söyləyib. Elşad  İsgəndərov deyib ki, bu şəbəkə dünyanın müxtəlif yerlərində davamlı olaraq ortaya çıxan təhdidlərə qarşı ardıcıl mübarizə aparacaq: “Azərbaycanın təklifi ilə Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də ümumbəşəri təhdid kimi əksini tapıb”.

 

 

Elşad İsgəndərov Türkiyə Diyanət İşləri Başqanlığı və BMT ilə imzalanan anlaşma Memorandumu ilə bağlı da danışıb: “Türkiyə ilə imzaladığımız sənəd elm və təhsil sahəsində mübadiləni nəzərdə tutur. Eyni zamanda Azərbaycan və Türkiyə Avropada və qərbdə islamafobiyaya qarşı birgə mübarizə aparacaq. BMT ilə imzaladığımız sənədə gəlincə, BMT yaxın vaxtlarda üç Avropa ölkəsində tolerantlıqla bağlı tədbir keçirəcək. Bu tədbirlərdə bizim dini komitə BMT-nin tərəfdaşı qismində çıxış edəcək”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 877

Oxşar yazılar