Erməni jurnalist Xocalıya görə üzr istədi
26 fevral 2015 19:30 (UTC +04:00)

Erməni jurnalist Xocalıya görə üzr istədi

Məşhur erməni jurnalist və publisist Vaqe Avetyan Xocalıda törədilən qətliama görə Azərbaycan xalqından üzr istəyib. Lent.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə V.Avetyan "facebook" səhifəsində yazıb.

“Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq hakimiyyəti olarsa, mənim ölkəm bu cinayətin araşdırılması və azərbaycanlıların qətlində əli olan günahkarların məhkəmə qarşısına çıxması üçün əlindən gələni edəcək.

İttihamları qəbul etməyə cürəti çatmayan qatillərin öz vətəndaşları ola biləcəyi dünənki soyqırım üçün məhkəmə qarşısına çıxa bilməyən xalqın dünya ictimaiyyətindən yüz il öncə öz əcdadlarının qətlini tanımağı və qatillərin mühakiməsini tələb etməyə mənəvi haqqı yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar