Erkan Özoral millət vəkillərinin həbsinin səbəbini açıqladı
07 noyabr 2016 16:09 (UTC +04:00)

Erkan Özoral millət vəkillərinin həbsinin səbəbini açıqladı

“Türkiyədə millət vəkillərinin həbs olunması ilə bağlı proses yeni başlamayıb. Bütün partiyalardan olan millət vəkillərinin toxunulmazlığı aradan götürülüb”.

 

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, ifadəyə çağırılan digər millət vəkilləri bu günə kimi gedib ifadə veriblər: “Bu millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır. İşlənən günahın cəzası verilməlidir”.

 

E. Özoral dekabr ayında TürkPA-nın katibliyinin yeni binasına daşınacağını, bu məqsədlə TBMM sədrinin Azərbaycana səfərinin gözlənildiyini söyləyib.

 

Səfir Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlə bağlı hazırlıqların davam etdiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

APA Baycan

Oxşar yazılar