<b>Ərdoğan İlham Əliyevi təbrik edib</b>
26 dekabr 2016 13:44 (UTC +04:00)

Ərdoğan İlham Əliyevi təbrik edib

 

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə ad günü münasibətilə təbrik ünvanlayıb.


Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli Prezident, əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə müşahidə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və dəyərli ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və gözəl günlər arzulayıram”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar