Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində sentyabrın 26-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, üzv dövlətlərin namizədliklərinin qarşılıqlı dəstəklənməsi, təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.