Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək. Lent.az-ın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər əsnasında Elmar Məmmədyarov noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.
Elmar Məmmədyarov Fransaya gedəcək
116