"ABŞ münaqişənin həlli istiqamətində səylərini artırmalıdır" - <span style="color:red;">Nazir
22 noyabr 2016 17:50 (UTC +04:00)

"ABŞ münaqişənin həlli istiqamətində səylərini artırmalıdır" - Nazir

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, grüşdə Azərbaycan və ABŞ arasında iqtisadiyyat, enerji, terrorizmə qarşı mübarizə, sülhməramlı əməliyyatlar və digər sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.   

 

Bricet Brink prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş əsnasında çox faydalı müzakirələrin aparıldığını bildirib.  O, ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb və deyib ki, ABŞ hökumət Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirir.

 

Elmar Məmmədyarov öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Status-kvonun qəbuledilməzliyini vurğulayan nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylər artırılmalıdır. 

 

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrindən söz açıb və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu deyib.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar