Bu gün Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun adı günüdür.
Lent.az-ın məlumatına görə, Həsənov Əli Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.
1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.
Prezidentin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.
1-ci dərəcəli dövlət müşaviridir. 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə dövlət başçısının İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.