Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Əli Həsənov səfər çərçivəsində oktyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.
Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.