Əli Həsənov: “Ermənistan Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd edir”
27 dekabr 2012 18:46 (UTC +04:00)

Əli Həsənov: “Ermənistan Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd edir”

0

“2012-ci ildə Qəbələ RLS-lə bağlı məsələnin Rusiya ilə qarşılıqlı anlaşma əsasında həlli, bir qədər əvvəl isə iki ölkə arasında dövlət sərhədlərinin tanınması haqqında sazişin imzalanması prezident İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında növbəti böyük, tarixi xidmətləridir”. Lent.az-ın məlumatına görə, bunu AzərTAc-a müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bununla da Azərbaycanın xarici siyasət doktrinasına, həmçinin yenicə üzv seçildiyimiz Qoşulmama Hərəkatının başlıca prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazisində digər dövlətlərin hərbi mövcudluğuna son qoyuldu. “Digər tərəfdən, Qəbələ RLS Azərbaycanın həmin bölgəsinin turizm potensialına, orada yaşayan əhalinin sağlamlığına mənfi təsir göstərirdi, ekoloji problemlərin yaranmasına səbəb olurdu. İqtisadi rentabellik baxımından da stansiyanın saxlanması üçün heç bir əsas yox idi. Düşünürəm ki, Armavirdə “Voronej DM” adlanan yeni, daha güclü radiolokasiya stansiyasının istifadəyə verilməsindən sonra Qəbələ RLS-in fəaliyyətinin dayandırılması həm də Rusiyanın özünün maraqlarına cavab verilib” - deyə, PA-nın şöbə müdiri əlavə edib.

 

Ə. Həsənov onu da vurğulayıb ki, bəzi siyasi dairələr, xüsusilə Ermənistan və erməni lobbisi Qəbələ RLS-lə bağlı məsələni süni şəkildə qabardaraq Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd etdilər: “Lakin Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsində qeyd edildiyi kimi, Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də dinamik inkişaf edib. İki ölkə arasında bütün məsələlər öz həllini tapmış, regionda və dünyada baş verən hadisələrlə bağlı siyasi məsləhətləşmələr, dialoq davam etdirilmiş, iqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu daha da yaxşılaşıb”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 561

Oxşar yazılar