Əfv siyahısındakı tanınmışlar
26 dekabr 2012 20:12 (UTC +04:00)

Əfv siyahısındakı tanınmışlar

0

 

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan şəxslər arasında bir sıra tanınmış şəxslər də var.

 

 

 

APA-nın xəbərinə görə, əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli də var.

 

Bundan başqa, İran, Türkiyə, Gürcüstan, Nigeriya, Banqladeş vətəndaşları da cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Ümumilikdə əfv sərəncamı 87 nəfərə şamil olunub. Onlardan 79 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3580

Oxşar yazılar