Əbülfəs Qarayev Gürcüstanın baş naziri ilə görüşdü
08 dekabr 2016 21:20 (UTC +04:00)

Əbülfəs Qarayev Gürcüstanın baş naziri ilə görüşdü

Bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevi qəbul edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib. Tədbirdə Gürcüstan və Azərbaycan arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrin inkişafından söhbət açılıb. Görüşdə bu gün başlanan və Tiflisdəki Yüksək Texnologiyalar və İnnovasiya Mərkəzində Avropa İttifaqı (Aİ) və  Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Gürcüstan” (Creative Georgia) adlı beynəlxalq Forumun əhəmiyyəti qeyd olunub.

 

Tərəflər Gürcüstanda keçirilən “Yaradıcı Gürcüstan” Forumunda qaldırılan ölkələrin mədəni potensialı, təşəbbüslər və ideyalar, “Şərq Tərəfdaşlığı” ölkələrində təhsil, mədəniyyət və informasiya texnologiyası və elm sahəsində yeniliklərin inkişafı haqqında fikir mübadiləsi aparıblar. Görüşdə Gürcüstan və Azərbaycan mədəniyyət nazirliklərin son illərdə müsbət əməkdaşlığının daha da möhkəmləndirilməsi və müştərək layihələrin durmadan inkişaf etdirilməsi haqqında müsbət fikirlər söylənilib. Hər iki tərəf ölkələrimizin mədəniyyət sahəsinin Gürcüstan və Azərbaycanın prioritet sahəsi olduğunu diqqətə çatdırıblar.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov,  Milli Məclis üzvü Rauf Əliyev və SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak edib.

# 150
avatar

Oxşar yazılar