Dünyanın nüfuzlu siyasi və dövlət xadimləri Qəbələdə bir araya gəlir
09 dekabr 2016 17:06 (UTC +04:00)

Dünyanın nüfuzlu siyasi və dövlət xadimləri Qəbələdə bir araya gəlir

Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı öz işinə başlayır.

 

 

Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.

 

 İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digər nüfuzlu şəxslər də var.

 

Bildirək ki, "Artan zorakı ekstremizm və onun qarşısının alınması yolları" mövzusuna həsr olunan tədbirdə ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə terrorizm və ona qarşı mübarizə üsulları, terrora qarşı mübarizədə gənclərin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

 

Toplantının açılış mərasimi dekabrın 9-da axşam saatlarında baş tutacaq. Mərasimdə Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Niderlandın sabiq Baş naziri Vim Kok və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun çıxışı nəzərdə tutulub.

Açılış mərasimi zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş video-çarxın nümayişi gözlənilir.

 

Sabah isə tədbir öz işini panel iclasları ilə davam etdirəcək.

 

# 93
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08