Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın prezident.az-a istinadən məlumatına görə, məktubda belə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycanın bütün xalqını səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında mövcud qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək və möhkəmlənəcək.
Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzu edirəm".
Həmçinin Yaponiya imperatoru Akihito, Omanın Sultanı Qabus bin Səid, Finlandiyanın prezidenti Sauli Niinistö, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam da prezident İlham Əliyevə təbrik məktubu göndərib.