Dini etiqad azadlığı haqqında qanuna dəyişiklik edildi
04 aprel 2015 15:54 (UTC +04:00)

Dini etiqad azadlığı haqqında qanuna dəyişiklik edildi

“Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident sərəncam imzalayıb.

 

Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar