APA-nın xəbərinə görə, fevralın 28-də erməni mediası 2 erməni hərbçinin öldüyünü etiraf edib. Məlumata görə, bunlar 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qriqoryeviç Baroyandır.
Qeyd edək ki, bu gün səhər də 19 yaşlı erməni hərbçi Albert Emileviç Safaryan ölüb.
Xatırladaq ki, Ermənistan rəsmiləri və mediası ordudakı ölüm faktlarını ictimaiyyətdən gizlədir.