Çavuşoğlu Bakıdadır
27 noyabr 2015 11:04 (UTC +04:00)

Çavuşoğlu Bakıdadır

 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir.

 

APA-nın məlumatına görə, M. Çavuşoğlu bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq  Zərifə Əliyevanın məzarını ziyarət edib.

 

Daha sonra o, Şəhidlər Xiyabanına baş çəkib, əbədi məşəl önünə əklil qoyub. Ardınca Türk Şəhidliyinə gedən nazir xatirə kitabına ürək sözlərini yazıb.

 

M. Çavuşoğlu bu gün prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar