Böyük Britaniyanın baş naziri prezident İlham Əliyevə məktub göndərib
17 dekabr 2012 17:12 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri prezident İlham Əliyevə məktub göndərib

0

Prezident İlham Əliyev dekabrın 17-də Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Nik de Bua Böyük Britaniyanın baş naziri Devid Kemeronun salamlarını və məktubunu dövlət başçısına çatdırıb. Məktubda Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimizin qeyri-neft, biznes, ticarət sahələrində əməkdaşlığının daha da genişləndirilməsinə dair məsələlər əksini tapıb.

 

Deputat baş nazir D. Kemeronun Azərbaycanı Böyük Britaniya üçün çox vacib tərəfdaş ölkə hesab etdiyini deyib. O, baş nazirin Prezident İlham Əliyevlə XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladığını deyərək bu yarışlarda Azərbaycan idmançılarının uğurlar qazanmasının önəmini vurğulayıb. Nik de Bua 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə Devid Kemeronun təbriklərini də dövlət başçısına çatdırıb və ilk Avropa Olimpiya Oyunlarının Bakıda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev D. Kemeronun salamlarına və məktubuna görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniyanın baş nazirinə çatdırmağı xahiş edib.

Ölkə başçısı bu gün həmçinin  Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovu və eyni zamanda Çinin Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Keçirilən görüşlərdə ölkələrimiz arasındakı münasibətlərin inkişafı məmnunluqla qeyd olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar