BMT-nin baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, İvitse Daçiç ilə görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, BMT-nin və ATƏT-in rəhbərləri bu iki təşkilat arasında əməkdaşlıq, habelə Ukrayna, Dağlıq Qarabağ və Balkanlarda vəziyyət məsələlərini müzakirə ediblər. BMT-nin Baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT ilə ATƏT arasında tərəfdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.
Fevralın 24-də İvitsa Daçiç BMT Təhlükəsizlik Şurasında çıxış edəcək. O, Serbiyanın ATƏT-də sədrliyi dövründə prioritet məsələlər haqqında informasiya təqdim edəcək.
BMT və ATƏT rəhbərləri Qarabağ məsələsini müzakirə ediblər
156