Başqan müavini: [b]“Vurğun Əyyubun adı Məclis üzvlüyündən çıxarılmalıdır"[/b]
07 mart 2015 11:12 (UTC +04:00)

Başqan müavini: [b]“Vurğun Əyyubun adı Məclis üzvlüyündən çıxarılmalıdır"[/b]

Vurğun Əyyubun Müsavat Partiyası Məclisinin üzvü kimi qalması əslində onun iradəsinə zidd olan məsələdir, onun haqlarının pozulması, şəxsi azadlığının məhdudlaşdırılmasıdır. Çünki şəxs özü dəfələrlə bəyan edir ki, özünü Məclisin üzvü hesab etmir”.

 

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah deyib.

 

Müsavat başqanı Arif Hacılının Məclisin son iclasında bu məsələni müzakirəyə çıxarmağı təklif etdiyini, daha sonra bunu təxirə saldığını xatırladan E. Fəttah bildirib ki, Müsavat Partiyası Məclisinin martın sonu, aprelin əvvəlində keçirilməsi nəzərdə tutulan iclasında o da V. Əyyubun adının Məclis üzvü siyahısından çıxarılmasına tərəfdar olacaq. E. Fəttahın fikrincə, V. Əyyub istəmədiyi halda Məclisdə üzvlüyünü zorla saxlamaq onun azadlığını məhdudlaşdırmaqdır: “Vurğun Əyyub əslində Müsavat Partiyası Məclisinin üzvlüyü ilə vidalaşıb. Hər bir şəxs hər hansı qurumda üzvlüyünü özü müəyyənləşdirir. Özü həmin qurumun üzvlüyündən imtina etdiyi andan həmin şəxsin üzvlüyü faktiki dayanır. Vurğun Əyyub da seçkilərdən dərhal sonra Məclisi tanımadığını və özünü Məclis üzvü hesab etmədiyini dəfələrlə bəyan edib. O halda sadəcə, Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılmalıdır. Bu da Məclisdə xüsusi müzakirə ediləsi, qaldırılası, səsverməyə buraxılası bir məsələ deyil. Məclisin növbəti iclasında Vurğun Əyyubun adının Məclis üzvlüyü siyahısından çıxarılması texniki məsələdir. Mən məsələyə belə yanaşıram”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar