Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açılışı olub
18 mart 2015 16:45 (UTC +04:00)

Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açılışı olub

0

Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində “Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi”nin açılış mərasimi keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, qonaqlar Mərkəzin konfrans zalı və yardımçı otaqlarında QHT-lər üçün yaradılmış şəraitlə tanış olublar. Mərasimdə giriş sözü ilə çıxış edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndikdən sonra ölkəmizdə ictimai sektorun inkişafı sahəsində mühüm irəliləyişlərin müşahidə olunduğunu deyib.

Mərasimdə Türkiyə və Yaponiyanın Azərbaycandakı səfirliklərinin, ATET-in Bakı ofisinin, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin, QHT və media qurumlarının təmsilçiləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar