Azərbaycanlıların Ukraynanın dövlət quruculuğunda iştirakı müzakirə olunub
17 mart 2015 23:39 (UTC +04:00)

Azərbaycanlıların Ukraynanın dövlət quruculuğunda iştirakı müzakirə olunub

Lvovda Ukrayna Milliyyətlər Asambleyası ölkədəki azərbaycanlı konqresləri ilə birgə "Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu" adlı konfrans keçirib. Assambleyadan APA-ya verilən məlumata görə, konfransda Ukraynanın tanınmış ictimai xadimləri, politoloqlar, ali məktəblərin müəllimləri, deputatlar, əməkdar mədəniyyət və səhiyyə xadimləri və həmçinin Ukrayna azərbaycanlıları Konqressinin vilayət təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

Çıxış edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək Ukrayna dövlət quruluşunun formalaşmasında ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin, həmçinin etnik azərbaycanlıların iştirakının zəruri olduğunu bildirib.

 

Lvov şəhərinin meri, Ukraynanın tanınmış siaysətçisi Andrey Sadovoy isə bildirib ki, Lvov çoxmillətli şəhərdir və belə bir bölgənin idarə olunmasında etnik xalqların, xüsusilə azərbaycanlıların rolu onlar üçün əhəmiyyətlidir. O bu təşəbübs üçün öz təşəkkürünü bildirib və bunu Ukraynanın möhkəmlənməsində vacib amil kimi qeyd edib. Daha sonra konfransda etnik xalqların ölkə siyasi həyatında rolu ilə bağlı müxtəlif təkliflər, proqramlar müzakirə olunub. Təkliflərin gələcəkdə hökumətə təqdim olunması qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar