Azərbaycanla Türkiyə hərbçilərinin görüşü keçiriləcək
15 dekabr 2012 20:49 (UTC +04:00)

Azərbaycanla Türkiyə hərbçilərinin görüşü keçiriləcək

0

Dekabrın 17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayacaq. Bu barədə APA-ya Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

Dekabrın 21-dək davam edəcək iclasda iştirak edəcək Azərbaycan nümayəndə heyətinə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov rəhbərlik edəcək.

İclasda iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar