Azərbaycanın Misirdəki səfirliyində iki “qaynar xətt” yaradılıb
04 iyul 2013 18:09 (UTC +04:00)

Azərbaycanın Misirdəki səfirliyində iki “qaynar xətt” yaradılıb

0

“Misirdə baş vermiş hakimiyyət çevrilişinə və qarışıqlıqlara baxmayaraq hələ ki, Azərbaycan bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşlarını təxliyə etməyi planlaşdırmır”.

 

Lent.az-ın mövqe.az-a istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

 

Elman Abdullayev deyib ki,  Azərbaycanın bu ölkədəki səfirliyi daha gücləndirilmiş iş rejimində çalışır. Onun sözlərinə görə, hazırda səfirliyimizdə yaradılmış iki “qaynar xətt” bu ölkədəki vətəndaşlarımıza xidmət göstərir. Elman Abdullayev diplomatik nümayəndəliyimizin əməkdaşlarının ailələrinin Misirdən təxliyə olunduğunu nəzərə çatdırsa da, nümayəndələrin özlərinin həyatı üçün təhlükə olmadığını söyləyib. O, Misirdə 70-dən çox Azərbaycan vətəndaşının qeydiyyatda olduğunu, onların bir qisminin artıq həmin ölkədən çıxarıldığını açıqlayıb: “Misirdə qalan vətəndaşlarımıza da xəbərdarlıq etmişik ki, iğtişaş baş verən nöqtələrdən uzaq dursunlar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar