Azərbaycan müstəqilliyinin 25-ci ildönümü Moskvada qeyd olundu
19 oktyabr 2016 02:35 (UTC +04:00)

Azərbaycan müstəqilliyinin 25-ci ildönümü Moskvada qeyd olundu

Moskvada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diaspor üzvləri və Rusiyadakı gənc azərbaycanlı fəallar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 1991-ci ilin oktyabrın 18-də Azərbaycan parlamentinin dövlət müstəqilliyimiz haqqında Konstitusiya aktını qəbul etdiyini söyləyib: "Bu qərar çox ağır şəraitdə qəbul edilmişdi. Həmin vaxtlar SSRİ rəhbərliyi faktiki olaraq ölkədəki vəziyyətə nəzarəti itirmişdi. Erməni milliyyətçiləri Azərbaycana qarşı ərazi iddiaları sürməyə başlamışdılar. Azərbaycan faktiki olaraq qəddar sistemli böhranla təkbətək qalmışdı, hansı ki, bu böhran Sovetlər İttifaqının süqutu ilə müşayiət olundu. Ermənistan silahlı aqressiya göstərərək Azərbaycan əraziləri olan Dağlıq Qarabağı və ona bitişik rayonları işğal elədi. Bu kritik vaxtlarda Azərbaycanda vətəndaş müharibəsi başladı. 1993-cü ilin iyun ayında Azərbaycana qayıdan Heydər Əliyev ölkəni dağılmaqdan, parçalanmaqdan xilas elədi, fəlakətin qarşısını aldı. Böyük siyasi təcrübəsi, nüfuzu və dəmir iradəsi Heydər Əliyevə qısa zaman ərzində dövlət müstəqilliyimizə təhlükə yaradan problemləri həll etməyə icazə verirdi.

 

Bu gün isə Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında dünya və regional siyasətdə önəmli faktora çevrilib. Ölkədəki daxili sabitlik, dayanıqlı iqtisadi inkişaf, çoxistiqamətli xarici siyasət bunu şərtləndirən amillərdir".

 

Azərbaycan-Rusiya münasibətlərindən danışan diplomat iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib: "Azərbaycanın xarici siyasətində Rusiya istiqaməti böyük əhəmiyyət daşıyır. İki ölkə arasındakı münasibətlərin inkişafı təkcə Azərbaycan və Rusiya xalqlarının rifahına deyil, ümumilikdə regiondakı sabitliyə xidmət edir.

 

Səfir çıxışında Azərbaycanın Dağlıq Qarabağ probleminə də diqqəti çəkib: "Bizim ölkəmiz bütün münaqişələrin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Ona görə də, dünya ictimaiyyətinin cavabdeh olan bütün üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi ilə bağlı prinsipial mövqe göstərmələrinə ümid edirik. Burada əsas rol sözsüz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi və cənubi Qafqaz regionu ilə çoğrafi və tarixi bağlılığı olan Rusiyanın üzərinə düşür".

 

Tədbirdə çıxış edən Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İsmayıl Ağakişiyev, Rusiyanın tanınmış azərbaycanlı tibb işçiləri professor Fazil Qurbanov və tibbi elmləri doktoru Sabir Həbibov 18 oktyabr tarixinin dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaq bütün azərbaycanlılar üçün qürürverici bir gün olduğunu vurğulayıblar: "Xaricdə yaşayan azərbaycanlılar kimi biz doğma vətənimizlə hər zaman fəxr edirik. Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlarla qürur duyuruq. Müstəqilliyimizin əbədi olacağına əminik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar