Noyabrın 8-də Azərbaycanın Batumi səhərindəki Baş Konsulu Rəşad İsmayılov və Batumi şəhərinin meri Giorgi Yermakov arasında görüş keçirilib.
Lent.az-ın məlumatına görə, baş konsul Rəşad İsmayılov Batumi şəhərinin merinə Azərbaycan ilə Gürcüstan arasında əlaqələr barədə məlumat verib. R. İsmayılov həmçinin Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Görüşdə yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıb.