Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti münasibətləri
24 sentyabr 2014 13:00 (UTC +04:00)

Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti münasibətləri

 

Müasir mərhələ vətəndaş cəmiyyətinin formalaşması və inkişaf mərhələsi kimi qeyd oluna bilər. Artıq Azərbaycanda demokratikləşmə konsolidasiya mərhələsinə keçir. İnsanların şüurunda artıq vərdişetmə müşahidə olunur. Seçkilərdə iştirak mədəniyyətinin inkişafını qeyd etmək olar. Azərbaycanda demokratikləşmə prosesləri məhz 1993-cü ildən sonra – Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra məqsədyönlü xarakter almağa başlamışdır.

Ölkədə demokratik, hüquqi dövlət qurulursa, vətəndaş cəmiyyəti quruculuğu məqsədyönlü xarakter alır, hüquqi dövlət quruculuğu olmazsa, vətəndaş cəmiyyəti quruculuğu olduqca çətin olar. Azərbaycan Respublikasında milli inkişaf strategiyasının bir hissəsini də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasəti təşkil edir. Təməli Heydər Əliyev tərəfindən qoyulan bu siyasət prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət səviyyəsinə çatdırılmaqla davam etdirilir:

1.          Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində – müxtəlif qanunlar qəbul olunub və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məsələn, “QHT haqqında” Azərbaycan Respublikasının Qanunu, vətəndaş cəmiyyətinin formalaşmasında çox vacib bir vasitə olan seçkilərin hüquqi bazasının yaradılması, Seçki Məcəlləsinin təkmilləşdirilməsi və s.

2.          Azərbaycanda vətəndaş cəmiyyətinin strukturuna daxil olan sahələrin inkişafını tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi – sahibkarlıq fəaliyyətinin daim inkişaf etdirilməsi. Məsələn, “KİV haqqında” Qanun, “Azad sahibkarlıq haqqında” Qanun, “Anti-inhisar haqqında” Qanun və s.

Vətəndaş cəmiyyətinin qurulmasında ailə məcəlləsinin təkmilləşdirilməsi, dini tolerantlığın yüksək olması, dini, milli-etnik proseslərin idarə olunması və hüquqi əsaslarının təkmilləşdirilməsi mühüm rol oynayır. Bundan başqa, QHT-lərin seçkilərdə müşahidəçi kimi iştirakına şərait yaradılması QHT şəbəkəsinin inkişaf etdirilməsində mühüm addımdır.

Vətəndaş cəmiyyətinin formalaşmasında qeyri hökumət təşkilatları (QHT) vacib rol oynayır. Azərbaycan dövləti QHT-ləri daxili qrantlar hesabına dəstəkləyir. Vətəndaş cəmiyyətində III sektorun (QHT) inkişafına müsbət təsir göstərən amillərdən biri də QHT Şurasının yaradılması olmuşdur. Vətəndaş cəmiyyətinin müasir mərhələdə inkişafında yaxından iştirak edən qurumlar siyasi partiyalardır. Lakin hələ ki, yalnız Yeni Azərbaycan Partiyası bu missiyanı yerinə yetirə bilir.

Beləliklə, müasir mərhələdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönələn ardıcıl dövlət siyasəti həyata keçirilir.

Ləman Xəlilova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar