Martın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanın birinci xanımı Bequm Sahiba ilə görüşü olub.
Lent.az-ın məlumatına görə, bu gün Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı “Hilal-e-Pakistan” ordenini təqdim edib.