Erməni reallığı...
31 mart 2015 19:01 (UTC +04:00)

Erməni reallığı...

 

Atəşkəsin elan olunmasından keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü strateji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvü olmuş, regional lider statusunu qazanmışdır. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan Respublikamız istər ölkədaxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzinə çevrilmişdir. Müasir Azərbaycan ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş  ordusu vardır. Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir.

Reallıq budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir, güclə ayaqda qalır.  Qarabağdakı erməni işğalçı qüvvələrinin hərbi xidmətçisi Andranik Qriqoryanın silah-sursatını döyüş postundaca yerə atıb könüllü şəkildə Azərbaycan tərəfinə keçməsi səfalətdə boğulan ölkənin iç üzünü aydın şəkildə ortaya qoydu. İqtisadiyyatı çökmüş durumda olan, vətəndaşları tərəfindən kütləvi şəkildə tərk olunan Ermənistanın acınacaqlı vəziyyəti bir daha nümayiş olundu.  Ermənistan ordusunun son günlərdə böyük itki verməsi istər sıravi insanlar, istərsə də hərbçilər arasında böyük həyəcana səbəb olub. Azərbaycan tərəfə keçmiş hərbçi Qriqoryanın da etirafından məlum olur ki, Ermənistan hökuməti yalnızca müharibə imitasyonu edəcək gücə malikdir. Ordunun real vəziyyəti isə heç də döyüş əhvalında deyil.   Ermənistan həm maddi, həm də mənəvi-psixoloji baxımdan müharibəyə hazır deyil. Xüsusilə, cəbhə xəttində baş verən son hadisələr, əsgər valideynlərinin artıq ənənəvi hal almış mitinqləri, hakim dairələrin yarıtmaz siyasəti bunu deməyə əsas verir.

İndiki şərait müharibə reallığını inkar edir. Dünya gücləri bölgədə müharibə başlanması istəyində deyillər. Azərbaycan isə baş verən hadisələrdə yenə öz prinsipial mövqeyini ortaya qoyaraq bir daha göstərdi ki, biz güclüyük, eyni zamanda  humanist  siyasət yeridirik.  Amma beynəlxalq hüquq tətbiq olunmazsa, öz torpaqlarımızı hərbi yolla azad edəcəyik.                  

Nailə Məmmədova,

Azerbaijan Realities

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Oxşar yazılar